ANA SƏHİFƏ
MƏHSULLAR
SİFARİŞ
ƏLAQƏ
FONTANLAR
İçməli suyun evlərə və ofislərə çatdırılması
az ru en
ANA SƏHİFƏ

Su filtri – dəbdəbədir yoxsa vacibdir?

Bir neçə  variant gözdən keçirək:

Evimizə daxil olan suyun tərkibi – Xlor, dəmir, mis, sink, formaldegid, arsen, benzol, fenol, civə, dizentiriya yaradan bakteriyalar, mikroblar və viruslar, neft məhsulları – bunların hamısını su filtri işlətməyən insanlar gündəlik qəbul edir. Müəmmalı tərkibli maye – bizim evlərin kranlarından axan suyun adına belə demək olar. Nəzərə alsaq ki, insan bədəni 78% sudan ibarətdir və qündə 3 litr su qəbul edirik, o zaman bir il ərzində radioaktiv anbara çevirildiyimizə heç şubhə qalmır.

Belə suyun qəbulu acınacaqlı nəticələrə qətirir: İşləmək qabiliyyətinin azalmasından başlayaraq ta onkoloji xəstəliklərədək.

Bu problemin həlli butulka suyunu almaqdır, necə ki bir çoxlarımız bunu edirik, lakin son zamanlar mənşəyi, tərkibi bilinməyən suyun satışına tez-tez rast qəlmək olar, ondan başqa ağır butulkalarda suyun istifadəsi çox əziyyətlidir və bahalıdır.

 Aşağıda göstərilən rolikda Baki şəhərinin suyu ilə və osmos sistemindən keçmiş su üzərində test aparılıb, nəticəyə özünüz baxın. Bu testi canlı baxmax istəyənləri bizim dükana dəvət edirik.

Youtubehttp://www.youtube.com/watch

 

İçməli su filtri - hər evə vacib atributdur?

  Purepro əks osmos sistemli su filtrlərin istifadəsi bizə əmin edir ki içməli suyumuz keyfiyyətlidir, həmdə pullarınıza qənaət etmiş olursunuz, bundan başqa, ağır butulkalrnan su daşımağdan azad olursunuz. Butulka suyundan fərqli olaraq Siz öz suyunuzun keyfiyyətinə nəzarət edəcəksiniz və əminliklə istifadə edəcəksiniz.

Son 20 il ərzində onkoloji xəstəliklərə yoluxma halı dəfələrlə artıb və həkimlər şişin böyüməsinin səbəblərindən biri əlverişsiz ekoloji şərait hesab edirlər. Misal, evlərə qələn suya xlor əlavə olunur və bu da böyrəkdə, sidik kisəsində və qaraciyərdə şişin əmələ gəlməsinə səbəb olur. Arsen və civə - qanazlığı və ümumi orqanizmin intoksikasiyasına səbəb olur və sair və ilaaxir.

Nəticə:

Su filtri hər evə, ofisə, təşkilata vacib atributdur. Filtirdə təmizlənmiş suyu içmək – təbiyidir, necəki yeməkdən əvvəl əlləri yumag, yerə düşəni yeməmək, yaraları dezinfeksiya etmək. Bugünki gündə su təmizləmək dəbdəbə deyil, bu cür ağırlaşan ətraf mühitin sərt şəraitində və bizim su təmini şəbəkəsinin dəhşətli vəziyyətdə olmasında - zəruridir!

 

 

Əks Osmos sistemli su filtrlərin istifadə sahəsi

  • Təsərrüfat-içməli su təmini (evlər, ofislər, bağ evləri (quyu suyu), malicəvi-sağlamlıq kompleksləri, kafelər, restoranlar) 
  • istilik enerqetikası üçün texnolojı su
  • elektron sənayəsi üçün deonizılənmiş su
  • qida sənayəsi üçün texnolojı su
  • əczaçılıq və kimya sənayəsi üçün texnolojı su
  • Dəniz suyunu şirinləşdirmək

Əks Osmos sistemli su filtrləri

Əks Osmos sistemi su təmizləmə texnoloqiyası olaraq keçən əsrin 60-ci illərindən tətbiq edilməyə başlanmışdır. Başlanğıcda əks osmos dəniz suyunu şirinləşdirməkdə istifadə olunurdu, laki indi bu effektiv üsulun daha geniş tədbiqi vardır: bunun vasitəsi ilə, müxtəlif ölkələrdə, yüz min tonlarla içməli su  istehsal olunur.

Membrane

 

Əks osmos texnoloqiyası

Əks osmos – molekulyar səviyyədə su təmizləmə texnoloqiyasıdır. Əks osmos sistemli su filtrlərinin yaranma ideyasını təbiət təqdim etmişdir: Əsas kimi canlı hüceyrələrin maddələr mübadiləsi prosesi götürülmüşdü, hansıların divarciqların üzərindən müəyyən ölçüdə molekullar keçə bilir.

Əks osmos sistemli su təmizləmə texnoloqiyasında kiçik diametrli məsamələri olan sintetik membranlar istifadə olunur – 200 dəfə viruslardan balaca və 4000 dəfə bakteriyalardan balaca. Membrandan keçərək, suyun molekulaları çirkləndirmələri onun arxasında qoyur və çıxışda tam təmiz, qatışıqsız su alınır.

 

Əks osmosun yarımkeçirən membranı

Əks osmos filtrlərin yarımkeçirən membranı, həmçinin qismən keçirən, seçmə keçirən, diferensial keçirən adlanan, sintetik materiallardan hazırlanmış süni membrandan ibarətdir, duru maddələrin komponentlərinin tərkib hissələrinin ayırmasında istifadə olunur. Diffuziya nəticəsi sahəsində, o özündən ancaq müəyyən molekulları və ya ionları keçirir, bütün qalan hissələr membranın o biri tərəfində qalır. Molekulların keçmə sürəti bir neçə amildən asılıdır, ən əsasları – duru maddənin təzyiqi, qatışıqların qatılıq dərəcəsi, temperaturu və əks osmos membranın keçicilik dərəcəsi, hər məhlul üçün müxtəlifdir.

 

Əks osmos filtrləri

Əks osmos texnoloqiyasının təkmilləşdirilməsi bizə bu filtrləri ev şəraitindədə istifadə üçün imkan yaratdı. Bütün dünya üzrə millionlarla belə sistem quraşdırılıb və bunun sayəsində ən yüksək dərəcəli təmizliydə su alınır. Əks osmos filtrində təmizlənmiş su təsdiq edilib ki ekoloji təmizdir və insana ən faydalıdır, öz xüsusiyyəti ilə ərinmiş qədim buzlaqların suyunaKristalyaxındır.

Əks osmos filtrləri su kəmərinə qoşulur, təmizlənmiş su öz kranına verilir və çirkli su isə kanalizasiyaya axıdılır. Membranın məsamələri 0,0001 mikrondur və burdan ancaq suyun molekulu və oksigen keçə bilir, və bunun sayəsində filtrin çıxışında dadlı, xeyirli içməli su alınır, hətta bu suyu qaynatmadan içmək olar.

Əks osmos sistemində təmizlənmiş Su

Suyun əks osmos sistemli filtrlərdən keçməsinin nəticəsi olaraq 99,9 % qarışıqlardan azad olur: dəmir, ammonyak və ammonium duzları, nitratlar, nitritlər, ftorlar, sulfatlar, xloridlər, bikarbonatlar, kalsium, magnezium, xlor qalığı, silisium, natrium, alümin qalığı. Bundan başqa, əks osmos filrlərin sayəsində suyun ümumi codluğu azalır və suyun qaynadılması zamanı ərpin əmələ qəlməsinin qabağını alır. Əks osmos filtrlərində təmizlənmiş su pis qoxulardan azad olur, heç bir başqa su təmizləmə sistemi bunu təmin etmir. 

Əks osmos sistemli su filtrlərin sahiblərinin nəzərinə. Sizin filtrlərin dəyişilən kartridjlərin qiymətlərini bizdən soruşun. Amerika istehsalı olan kartridjlərin qiymətləri iki dəfə aşağı,  keyfiyyəti isə yüksəkdir.

 

Əks osmos haqqında daha ətraflı                       Facebook Purepro Facebookda


təkər kreditlə təkər continental baku michelin baku təkər satışı təkərlər