Membran bir neçə nazik laylardan və ya plyonka qatından ibarətdir, bir-birine bağlanmış və plastik borucuq ətrafına spiralşəkilli konfiqurasiya halda sarınmışdır (Bu həmçinin nazik laylı kompozisiya materiallı və ya TFC "thin film composite" kimi də məlumdur). Membranın materialı yarımkeçirəndir: o, öz səthindən suyun molekulalarının keçməsinə imkan yaradır və eyni zamanda suda həll olunmuş bərk zərrəciklərə (kimyavi çirklənmiş maddələrə) çəpər olur. Membranın səthinə su daxil olanda, təmiz suyun molekulları membranın səthindən daxil olur və spiral ilə öz youlunu keçərək, mərkəzi borucuqda yığılırlar. Qalan çirkləndirici maddələr toplanır və membranın səthindən yuyulub, kanalizasiyaya axıdılır.
Membranı, reservuarın içində, iki seksiya arası yerləşdirək. Sonra, bərabər miqdarda, seksiyanın sol hissəsinə duzlu su dolduraq və təmiz suyu isə sağ tərəfə. Bu zaman əsas elmi prinsip təsirini qöstərməyə başlayır. Yəni, iki müxtəlif qatılığda məhlullar, membranın hər iki tərəfində, bərabər qatılığa nail olmağa çalışacaqlar. Duz təmiz su olan seksiyaya keçə bilmir – membran buraxmır. Ona görə, bərabər qatılığ olmaq üçün yeganə çıxış yolu, təmiz suyun membranın səthindən duzlu su seksiysına keçməsidir, bu təzahürü OSMOS adlandırıllar. Bunun nəticəsində sağ seksiyada təmiz su azalacaq. Məhlulun təzyiq sütunun səviyyəsinin fərqi osmotiq təzyiq adlanır.
Əks Osmos – təbiyi osmos axının istiqamətini əks istiqamətə dəyişdirilməsidir. Su təmizləmə cihazın məqsədi duzlu suyu qarışdırmaq deyil, məhz təmiz sudan duzları və başqa çirkləndirici maddələri ayırmasıdır. Təbiyi osmos axını hərəkət istiqamətini dəyişdirəndə, su, duzlu məhluldan təzyiq hesabına ayrılaraq, membranın səthindən əks istiqamətə keçirilir – məhz belə ƏKS OSMOS termini yaranmışdır. Bu prosesin sayəsində biz təmiz su istehsal edə bilirik, duzları və başqa çirkləndirici maddələrini ayıraraq.
İstiqamətin sxemi:
Su 5 mikronlu FİLTRDƏN (1) keçərək çirklərdən, pasdan və başqa çöküntülərdən təmizlənir. Sonra su aktivləşdirilmiş kömür FİLTRDƏN (2) keçərək, 98% xlordan və başqa orqanik kimyavi maddələrdən təmizlənir. Növbəti pillədə su 1 mikronlu FİLTRDƏN (3) keçərək, multi-kimyavi birləşmələrdən təmizlənir və membranın effektivliyini artırır. Növbəti mərhələ MEMBRAN (4), suyun molekulundan 95-99% həll olunmuş çirkləndirici maddələri ayrır, bu maddələr kanalizasiyaya axıdılır. Prosesin növbəti etapı – kiçik kömür FİLTRİ (5), kimyavı maddələrin izini, su çənin xoşaqəlməz dadı və iyini götürür və Sizin içməli suyun keyfiyyətini artırır. Təmizlənmiş su çənində (6) yığılır (12.1 litr). Çənin içində butil diafraqma yerləşir, hava balonuna bənzər, 0,5-0,7 atmosfer təzyiqli hava ilə. Su çənə dolaraq hava balonu sıxılır və hava təzyiqi yüksəlir, su kranı açılanda hava suyu itələyib çıxarır. Purepro sistemin son elementi – cilalanmış xromlanmış SU KRANI (7), o, mətbəx dəzgahında quraşdırılır.
Əks Osmos başlanğıcda dəniz suyunu şirinləşdirmək məqsədi ilə, hərbi-dəniz flotu üçün hazırlanmışdır.
Ə.O. membranın məsamələrinin ölçüsü, bakteriya, pirogen və ya cryptoporidium parazitlərindən qat-qat kiçikdir. Sistem işləyərkən bütün mikroorqanizmaları sudan təmizləyir və nəticədə steril su istehsal edir.
Purepro sistemi adətən, mətbəx dəzqahın altında quraşdırılır. Quraşdırıcılar fundamentdə və ya alt hissədə quraşdırmağa üstünlük verirlər, orda su sərin olur, və dəzgaha asanlıqla qalxa bilir, həmçinin, buz dolabına, buz maşınına da qoşmaq mümkündür.
Əks osmos sitemin dörd əsas amili:
1. TƏZYİQ.
Nəqədər təzyiq çox olarsa, o qədər suyun keyfiyyəti və istehsal həcmi çox olar. İdeal təzyiq 4 atmosferdir. Purepro modellerde təzyiq artıran nasosda var.
2. TEMPERATUR.
Əks osmos sitemi üçün ən ideal temperatur – 25C. Temperatur 5C olarsa Əks Osmos sitemi 25C-də istehsal etdiyinin yarısını edəcək. Maksimum tövsiyə edilən temperatur – 30C.
3. HƏLL OLUNMUŞ BƏRK MADDƏLƏRİN ÜMUMİ SAYI (TDS) Total Dissolved Solids.
Həll olunmuş çirkləndirici maddələrin sayı çox olarsa, istehsal olunan suyun miqdarı az olacaq. HƏLL OLUNMUŞ BƏRK MADDƏLƏRİN ÜMUMİ SAYI-nın çox olmağı problemi təzyıqı artırmaqla həll etmək olar.
4. MEMBRAN
Müxtəlif membranların müxtəlif xüsusiyyətləri var. Bəziləri suyu çox istehsal edir, bəziləri çirkləndirici maddələri daha yaxşı təmizləyir, bəziləri abraziv materiallara daha yaxşı dayanaqlıdırlar, xidmət vaxtının uzadılması üçün. Purepro sistemi nazik plyonkalı TFC materiallı RE1812-70 membranlardan istifadə edir, buda ən yaxşı xüsusiyyətləri cəmliyən membranlardır və dünyada ən yaxşı hesab olunur.
İdeal şəraitdə, RE1812-70 TFC membranı 265 litr su istehsal edir (265 litr 4 atmosfer təzyiqdə və 360 litr 6.8 atmosferdə). Adi şəraitdə, istehlakçı sutkada 190-360 litr təmiz su əldə edə bilər. Buda orta içməli su istehlakından qat-qat çoxdur.
Purepro sistemi (filtrlər istisna olmaqla) materialına və istehsal keyfiyyətinə 1 il zəmanətlidir. Bütün qüsurlu detallar bir il ərzində pulsuz dəyişdirilir.
İlk üç mərhələ hər 6 aydan bir dəyişdirilməlidir. Birincisi – 5 mikronlu filtrdir. İkikncisi – kömür filtridir. Üçüncüsü 1 mikronlu filtrdir (bəzi modellər preslənmiş kömür filtri ilə təchiz olunurlar). Əgər filtrlər hər 6 aydan bir dəyişdirilməzsə, o zaman xlor membranı sıradan çıxara bilər. Filtrlərin dəyişdirilməsi çox sadədir. Sadəcə bizdən lazım olan filtrləri sifariş edin, bütün bizim sistemlər filtrləri dəyişmək üçün xüsusi açar ilə təmin olunurlar və siz özünüz sistemi təqib edə bilərsiniz və suyun keyfiyyətində əmin ola bilərsiniz.
TDSX1 suyun keyfiyyəti testeri Əks Osmos Membranın dəyişdirilməsi zamanını aşkar etməkdə Sizə kömək edər. Əgər bu testerdən sizdə yoxdursa, o zaman birinci göstərici – istehsal olunan suyun azalması, membranın səthində mineralların və duzların çökməsi səbəbindən. Başqa göstərici – istehsal olunan suyun keyfiyyətinin aşağı düşməsi. Sudan başqa dadın qəlməsini hiss edə bilərsiz və ya çaydanın içində ərpin əmələ qəlməsini müşahidə edə bilərsiz. Bu o deməkdir ki, membran dağılır və dəyişdirilməsi lazımdır.
Biz əsas mineralları və vitaminləri yediyimiz qidadan alırıq. Yalnız cüzi faizi içdiyimiz sudan qəbul edirik.
ÖZ BƏDƏNİMİZİ MİKROELEMENTLƏRLƏ ZƏNQİNLƏŞDİRMƏYİN ƏN YAXŞI YOLU HANSIDIR?
Lazımi mikroelement |
Gündəlik təlabat |
1 Litr adi suda olan maddələrin miqdarı |
100 qr qidada olan maddələrin miqdarı |
Kalsium |
1000 mq |
95 mq |
kəsmik 1000 мг |
Kalium |
2000 mq |
90 mq |
Sıyıq 2000 мг |
Maqnezium |
300 mq |
50 mq |
düyü 300 мг |
Dəmir |
19 mq |
3 mq |
qırmızı lobya 19 мг |
Sink |
12 mq |
2 mq |
buğda çörəyi 12 мг |
Natrium |
350 mq |
10 mq |
yaşıl salat 350 мг |
|